İnfrastruktur
11.03.2024 / 14:25
“Bu sürət qatarı ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub
44064
“Ələt-Bakı-Ələt sürət qatarı lazımdır. Ələtdən Bakıya yollar hazırdır, dayanacaqlar var. Xahiş edirəm, bu məsələyə baxılsın”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub: “Cavab bizə belə oldu ki, bu məsələyə Bakıətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma Ələt istiqamətində infrastruktur hazırdır. Buzovnaya bu infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay