“Bu sahibkarların dövriyyələrinin bir qismi ƏDV-yə cəlb edilməyəcək”
Tibb xidməti sahəsində fəaliyyət göstərən sahibkarların dövriyyələrinin bir qismi ƏDV-yə cəlb edilməyəcək.
Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:
“Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, bu ildən etibarən tibb xidməti sahəsində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar POS-terminal vasitəsilə formalaşan dövriyyələrinin 50 faizni ƏDV-yə cəlb etməyəcəklər.
Məsələn, bir müəssisənin ay ərzində dövriyyəsi 100 min manat olub, bunun 40 min manatı POS-terminal vasitəsilə formalaşan dövriyyədir. Yəni, vətəndaş kartla ödəniş edir, ödəniş birbaşa müəssisənin bank hesabına mədaxil edilir. Bu halda, müəssisə bu dövriyyənin 50 faizini, yəni, 20 min manat hissəsini ƏDV-ə cəlb etməyəcək.
Həmçinin Vergi Məcəlləsinə olunan bir başqa dəyişikliyə görə, ƏDV-nin azalmasından əldə edilən gəlir, gəlir və mənfəət vergisinədən də azad edilib”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay