Loqo brend deyil – “Sprite”ın üzərində loqo silinsə belə, butulkasını tanıyacaqlar”
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova yazır…
“Sprite”ın üzərində loqo silinsə belə, insanlar onun butulkasını tanıyacaqlar. Sadə suyun üzərindən loqonu silsək, o artıq sadə suya çevrilir. Yəni “Sprite” yalnız loqoya görə tanınmır. Rəngindən, formasından, qapağından və s. artır tanınır. Brendinq yalnız loqonu əhatə etmir. Ümumən bütün vizual elementləri əhatə edir.
Bir az da dərinə getsək, brend o vaxt brend sayılır ki, onun hədəf auditoriyasının əksəriyyəti məhsul haqqında məlumatlı olur və fikir formalaşdıra bilir. Sadə loqo çəkməklə brend yaratmaq olmaz.
Eyni zamanda, brendin vizual elementlərinin tanınması üçün vaxt və reklam büdcələri tələb olunur. Ona görə loqo sifariş etməmişdən əvvəl marketinq strategiyanı yaratsanız, yaxşı olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay