BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
43977

Əsas qlobal ərzaq qiymətləri ardıcıl olaraq yeddinci aydır ki, ucuzlaşır. Belə ki, bu proses fevral ayında da davam edib.

Valyuta.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib.

Əsas ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO indeksi fevral ayında 113,7 bənd dəyişib və yanvar ayı ilə müqayisədə 0,7 faiz, habelə ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz azalma qeyd edilib.

Qlobal taxıl ticarətinin əvvəlki illə müqayisədə 1,3 faiz artacağı proqnozlaşdırılır ki, bu da Ukraynanın qarğıdalı ixracına dair proqnozun yaxşılaşması və Çin tərəfindən tələbatın artması ilə əlaqədardır.

Əlverişli hava şəraiti nəticəsində dünyanın ən böyük ixracatçılarından biri olan Rusiya Federasiyasında buğda istehsalı artacaq, həmçinin Çin, Hindistan və Pakistanda yaxşı məhsul əldə ediləcək.

Cənubi Amerikada yüksək məhsul və Ukraynanın təklif etdiyi münasib qiymətlər gözləntiləri fonunda qarğıdalının ixrac qiymətləri aşağı düşüb. Fevralda beynəlxalq düyü qiymətləri də 1,6 faiz ucuzlaşıb.

Bitki yağının qiymət indeksi yanvar ayı ilə müqayisədə 1,3 faiz azalaraq 2023-cü ilin fevral ayından bəri 11 faiz aşağı olub. Qlobal səviyyədə soya yağının qiymətləri nəzərəçarpacaq dərəcədə azalıb, buna Cənubi Amerikada soya məhsulunun yüksək səviyyədə olacağı perspektivləri təsir edib. Qlobal palma yağının qiymətləri fevral ayında hasilatın mövsümi azalması səbəbindən bir qədər artıb.

Süd məhsullarının qiymət indeksi Asiyada istehlakçıların kərə yağına artan tələbatı ilə 1,1 faiz artıb. Süd tozu və pendirin də qiymətləri bir qədər qalxıb.

Ət qiymətləri indeksi yanvar ayına nisbətən 1,8 faiz qalxıb, ən çox artım quş əti və mal ətində olub ki, buna Avstraliyada heyvandarlıq nəqliyyatını pozan güclü yağışlar səbəb olub. Donuz əti qiymətləri də Çindən gələn tələbatın artması və Qərbi Avropada sıx təchizat şərtləri səbəbindən bir qədər yüksəlib.

Şəkərin qiymət indeksi fevral ayında 3,2 faiz artıb. Bu tendensiya uzun müddət davam edən orta səviyyədən aşağı yağıntılardan sonra Braziliyada istehsalla bağlı davam edən narahatlıqları, habelə Tailand və Hindistanda hasilatın proqnozlaşdırılan azalmasını əks etdirir.

© azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Sabiq deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Əhalinin banklardakı əmanətləri artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin