Avto
08.03.2024 / 14:22
Uçan avtomobillərin istehsalına başlandı
43933
“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.
Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir. Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir.
2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay