BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
43870


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markasız və ya saxta aksiz markalı məhsullarının pərakəndə satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

2024-cü ilin mart ayında Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirilib. Bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb. 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.

Dövlət Vergi Xidməti bir daha xatırladır ki, aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı

Meşələrin İnkişafı Xidməti 700 minlik təsərrüfat malları alır

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

"İnşaat Konstruksiyaları”nın da borcu var

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin