Ötən il Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsi 9 milyard dollar olub
2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollar olub.
Valyuta.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
O bildirib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirir.
“Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cumhuriyyətidir.
Ticarətin asanlaşdırılması üzrə strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək. TDT-nin ticarətin asanlaşdırılması strategiya sənədinin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyənləşdirilib: regional ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, ticarət əməliyyatlarının rəqəmsallaşdırılması. TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, - deyə nazir müavini əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay