Məşhur teleserialdakı stol hərracda satıldı
Məşhur "The Sopranos" serialının final səhnəsində istifadə edilən masa hərracda 82 min 600 dollara satılıb.
Valyuta.az xəbər verir ki, auksiona fevralın 28-də “eBay” onlayn alış-veriş saytında start verilib. Biznesin ortaqlarından olan Kris Karli restoranda aparılan təmir və abadlıq işləri ilə əlaqədar masanı satmağa qərar verdiklərini bildirib.
Hərraca 3 min dollarla başladıqlarını bildirən Karli, masanın 10 min dollara satılacağını proqnozlaşdırıb. Təxminən 60 min dollara başa gəlməsi gözlənilən təmir işinin xərclərini qarşılamaq istədiklərini deyən Karli, təkliflərin 24 saat ərzində 54 min dollara yüksəldiyini vurğulayıb. İş adamı dünən başa çatan hərracda 230 təklif gəldiyini və son qiymətin 82 min 600 dollar kimi təyin olunduğunu bildirib. Restoran sahibi bildirib ki, masa ilə yanaşı oturacaqlar və buranın “The Sopranos” ailəsi üçün ayrıldığını bildirən lövhə də satılıb.
1999-cu ildə başlayıb 2007-ci ildə bitən serialın final səhnəsi məhz bu stolun üstündə çəkilib. Devid Çeysin yaratdığı və 6 mövsüm ərzində ekranlaşdırılan serialın baş qəhrəmanı Toni Soprano (James Gandolfini) son səhnədə ailəsi ilə birlikdə bu masada şam yeməyi yeyərkən görünür.
İlk dəfə kiçik dondurma dükanı olaraq açılan “Holsten's” serialdan sonra “The Sopranos”un fanatları tərəfindən doldurulub. Masanın təxminən 50 ildir bu restoranın bir parçası olduğunu ifadə edən Kari, serialda görüntülənən mebellərin artıq çox köhnə olduğunu söyləyib. O restoran haqındakı açıqlamasında "17 il əvvəl olduğu qədər çılğın deyil, lakin hələ də populyarlığını qoruyur" - sözlərini deyib.
Serialda istifadə olunan restoran menyularından biri 2007-ci ildə “eBay”də 4150 dollara satılıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay