Raritet avtomobil nədir, ölkə ərazilərinə hansı şərtlərlə buraxılır?
Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələrinə raritet avtomobillər deyilir.
Valyuta.az xəbər verir ki, raritet avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli, 45 nömrəli qərarına, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanıb.
Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan (idxal olunan) raritet (nadir) avtonəqliyyat vasitələrinə "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli, 45 nömrəli qərarının 1-ci bəndi şamil edilmir. Raritet (nadir) avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılarkən (idxal olunarkən), mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınır.
Bundan əlavə raritet (nadir) avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən seçilmiş gömrük prosedurunun müddəalarından irəli gələn tələblərə uyğun olaraq aparılır.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay