BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
43594

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “SOCAR Türkiyə” törəmə şirkəti Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Valyuta.a xəbər verir ki bu barədə “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, bu investisiyalar 2019-2023-cü illər ərzində “Kayserigaz” və “Bursagaz” şirkətlərinin fəaliyyətinə yatırılıb.

O qeyd edib ki, 4 ildə “Bursagaz” ve Kayserigaz” ümumi abonentlərinin sayı 1,9 milyona çatıb: “Bu abonentlərin 1,2 milyonu “Bursagaz”ın payına düşüb ki, bununla da şirkət abonent sayına görə 4-cü ən böyük qazpaylayıcı şirkətidir. Bursa şəhərinin 11 rayonunda şirkətin qaz şəbəkəsinin uzunluğu 7 561 kilometrə çatıb”.

F.İbrahimov həmçinin bildirib ki, “Kayserigaz” şirkətinin ümumi abonentlərinin sayı 700 minə çatıb: “Kayseridə qaz şəbəkəsinin ümumi uzunluğu isə 6 675 kilometr təşkil edib. Yeni yatırımlarımızla abonentlərin sayı artacaq”.

Bursa və Kayserinin Türkiyənin ən məşhur şəhərlərindən ikisi olduğuna diqqət çəkən F. İbrahimov deyib ki, SOCAR bu istiqamətdə şəbəkə sərmayələrini intensiv şəkildə davam etdirir və abunəçilərinin sayını günü-gündən artırır: “Bursagaz” və “Kayserigaz” birlikdə 2024-cü ilin sonuna qədər qaz şəbəkəsinin uzunluğunu 14 770 kilometrə çatacağını təxmin edirik”.

Qeyd edək ki, Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri həmin 2019-cu ilin yanvar ayında imzalanıb.

“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin