"Toyota" Yaponiyadakı bütün fabriklərdə fəaliyyətini bərpa etdi
Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" ölkədəki bütün istehsal xətlərinin fəaliyyətini bərpa edib.
Valyuta.az xəbər verir ki, hazırda avtomobil istehsalçısının ölkə daxilindəki 14 yığma zavodunun hamısı tam şəkildə fəaliyyət göstərir.
Onlardan bəziləri ötən il "Daihatsu"nun törəmə şirkəti ilə qəza-test nəticələrini saxtalaşdıran və avtomobilin istismarının təhlükəsizliyinə təsir edən bir sıra digər pozuntulara yol verən qalmaqal səbəbindən işlərini dayandırmağa məcbur olublar. Ümumilikdə onlarla modeli əhatə edən 170-dən çox qayda pozuntusu müəyyən edilib.
Qalmaqal nəticəsində "Toyota" brendi ilə satılan "Probox", "Town Ace", "Roomy" və "Pixis" modelləri də daxil olmaqla, bütün "Daihatsu" avtomobillərinin istehsalı dayandırılıb. Yaponiyada 6 istehsal xətti də bağlanıb.
Daha əvvəl bildirilmişdi ki, "Daihatsu Motor"un prezidenti Soişiro Okudaira qəza təhlükəsizliyi testlərinin saxtalaşdırılması ilə bağlı qalmaqaldan sonra istefaya getməyə məcbur olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay