Elektrikli avtomobil ilə bir ildə neçə manat qənaət etmək olar?
Hazırda bütün dünyada elektrikli avtomobillər geniş yayılıb. Ekologiyanın çirkləndirilməsinin qarşısının alınması məqsədilə bütün dünya ölkələri bu avtomobillərin istifadəni təbliğ edir. Bununla yanaşı, insanların da bu avtomobillərə daha çox diqqət yetirməsinin əsas səbəblərindən biri daha çox pula qənaət edə bilmələridir. Həm sərfiyyat baxımdan, həm də təmir işlərinə az xərcin lazım olması, bu avtomobilləri daha da irəli çəkir. Bəs bir elektrikli avtomobil ilə ildə nə qədər qənaət etmək mümkündür?
Bu barədə Valyuta.az-a məlumat verən İlkin Mustafayev bildirib ki, elektrikli avtomobil onu bir çox xərclərdən xilas edib:
"Mən artıq iki ildir ki, elektrikli avtomobil idarə edirəm və 40 min kilometr məsafə qət etmişəm. Bu müddət ərzində yalnız bir dəfə servis xidmətinə ehtiyac olub və asqı sistemində müəyyən rezinlərin dəyişməsinə 300 manata yaxın xərcim çıxıb. Avtomobilimi çox vaxt ev şəraitində şarj edirəm, çox nadir hallarda şarj stansiyalarına gedərəm. Aylıq 30 manat civarında işıq pulu verirəm və bu da iki il müddətində 720 manat edir. Ümumilikdə olaraq, iki il ərzində avtomobilə çəkdiyim xərc min manatdır".
İ.Mustafayev deyir ki, əgər bu avtomobili bərabər sinifli benzin mühərrikli avtomobil ilə müqayisə etsək, bir xeyli qənaət etmiş olarıq:
"Bərabər sinifli bir benzin mühərrikli avtomobil 100 kilometrə yanacaq sərfiyyatı 8 litr 92 oktanlı benzin olarsa, 40 min kilometr məsafə qət etmək üçün ona 3 min 200 manatlıq benzin lazım olacaq. Əlavə olaraq, servis xidmətlərini və yağ dəyişməni nə nəzərə alsaq, 4-5 min civarında bir məbləğ edir. Qısaca iki il müddətində elektrikli avtomobil sayəsində ən azı 3-4 min manat civarında məbləğə qənaət edə bilmişəm".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay