Smartfon istehsalçıları böyük yaddaşlı smartfonların istehsalını dayandırır
Komponentlərin bahalaşması və böyük həcmdə yaddaşa malik cihazlara tələbatın azalması səbəbindən smartfon istehsalçıları artıq RAM və ROM-a malik smartfonların istehsalını dayandırıblar.
Valyuta.az xəbər verir ki, bu barədə "MyDrivers" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Çin istehsalçıları 24 QB əməli yaddaş və 1 TB daxili yaddaşa malik versiyalarda smartfonlardan imtina etməyə başlayıblar. İndiki vaxtda modellər ən çox 16/512 GB konfiqurasiyalarda, həmçinin 16 GB RAM və 1 TB ROM ilə tapılır.
Əvvəllər "Samsung", "Micron" və digər yaddaş istehsalçıları 2024-cü ilin birinci rübündə DRAM modullarının qiymətlərini 15-20% artırmağı planlaşdırdıqlarını açıqlamışdılar. "Digital Chat Station"a görə, yaddaş istehsalçıları smartfon istehsalçıları ilə yeni müqavilələr imzalayıblar və DRAM və NAND qiymətləri əvvəlkilərlə müqayisədə artıq artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay