Tenderlər
28.02.2024 / 11:42
Maliyyə Nazirliyi haqqında danışılanları bilmək üçün 10 min manat xərcləyib
43218
Maliyyə Nazirliyi haqqında nə danışıldığını bilmək üçün 10 min manat xərcləyib.
Valyuta.az xəbər verir ki, nazirlik fəaliyyət dairəsinə aid mövzular üzrə informasiya portallarında, TV kanallarında, qəzet və jurnallarda dərc olunan və yayılan məlumatların axtarışı, toplanması, emalı və göndərilməsi xidmətləri ilə bağlı açıq tender keçirib. Tenderin qalibi "Press-Revyu İnformasiya, Monitor Agentliyi" MMC seçilib. Qalib şirkətlə 9780 manat dəyərində bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin eyni xidmətlə bağlı 2023-cü ildə də keçirdiyi tenderin qalibi "Press-Revyu İnformasiya, Monitor Agentliyi" olub. Həmin müqavilənin dəyəri isə 6597 manat təşkil edib.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay