Niyə məhz Finlandiyadan olan biznes partnyorlar?
Finlandiyanı və fin şirkətlərini biznes partnyoru seçməniz üçün bir çox səbəb var. Onlardan dördünü sizin diqqətinizə çatdırırıq:
1. Ən xoşbəxt insanlar
BMT-nın Dünya Xoşbəxtlik Hesabatına görə, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi hesab olunur (2018, 2019, 2020, 2021, 2022 və 2023).
“Biz Finlər, gündəlik həyatımızdan məmnununq. Səbəblərdən biri isə ətraf mühitdir. Finlandiya ən təmiz hava və sərin su resurslarına malikdir. Stabil cəmiyyətin mövcudluğu da öz rolunu oynayır: biz ən azad seçki sistemlərindən birinə sahibik və dünyanın ən az korrupsiyalaşmış ölkələrindən biri hesab olunuruq” – kimi deyirlər.
Xoşbəxtlik həm də finlərin etibarlı olması deməkdir; Finli söz verirsə, yerinə yetirir.
2. Ən yaxşı təhsil
Finlandiya dünyanın ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Uşaq bağçasından tutmuş həyat boyu əldə edilən təhsilə qədər.
“Universitas 21” tərəfindən təqdim edilən milli ali təhsil sistemlərinin reytinqinə əsasən, ölkələrin iqtisadi inkişaf səviyyələri nəzərə alındıqda, Finlandiya universitetləri dünyanın ən yüksək göstəriciləri arasındadır. Finlandiya hər kəs üçün daha yaxşı həyat və parlaq gələcəyi bəxş edəcək bir təhsili dəstəkləyir. Ölkə ingilis dilində tədris olunan yüzlərlə bakalavriat və magistratura proqramlarını və təhsilinizdən sonra stimullaşdırıcı karyera perspektivlərini təklif edir. Təhsil Finlandiya üçün vacib ixrac xidmətidir. Təhsil təşkilatlarımız və təhsil sahəsində yüksək texnologiyalara əsaslanan şirkətlərimiz dünya səviyyəli xidmətlərimiz üçün satış bazarlarını fəal şəkildə axtarırlar.
3. Təmiz ətraf mühit və yüksək keyfiyyətli təmiz texnologiyalar sahəsində təcrübə
Ümümdünya Səhiyyə Təşkilatı Finlandiyadakı havanın keyfiyyətini dünyada ən yaxşılardan hesab edir. UNICEF Finlandiya göllərini dünyanın ən təmiz gölləri hesab edir. Finlandiya 2016-cı il üçün ekoloji səmərəlilik baxımından dünyanın ən yaxşı ölkəsidir. Dünya İqtisadi Forumu (2014-2015) Finlandiyanı təmiz texnologiya sahəsində tətbiq etdiyi innovasiyalara görə birinci yerə layiq görmüşdü.
Böyük təhsil sektorumuzun köməyi ilə şirkətlərimiz ən yaxşı, ixtisaslı mühəndisləri, informasiya texnologiyaları sahəsində geniş biliyə və təcrübəyə malik olan, həmçinin texnologiyanın inkişafı və tətbiqi üzrə mütəxəssisləri yetişdirir.
TƏMİZ SU SAHƏSİNDƏ ƏN YAXŞI TƏCRÜBƏ
Finlandiyanın dünya səviyyəli təmiz su təcrübəsinə malik olması, ölkədə içməli suyun bakteriya və təhlükəli viruslardan azad olmasını təmin edir. Finlandiyada içməli su, əksər qablaşdırılmış su brendlərindən daha yaxşıdır. Finlandiyanın çirkab sularının təmizlənməsi sistemi dünyanın ən yaxşılarından biridir, bu da sərt qanunvericilik və hakimiyyət tərəfindən aparılan nəzarət ilə əlaqəlidir. Kağız, sellüloz, mədənçilik və minerallar kimi su tələb edən sənaye sahələrinə baxmayaraq, finlər tullantı sularını yerində təmizləyərək minlərlə göllərini təmiz saxlamağa çalışırlar.
BƏRPA OLUNAN ENERJİ TEXNOLOGİYALARI SAHƏSİNDƏ QABAQCIL ÖLKƏ
Finlandiyada enerjinin 40%-ı biokütlə, hidroenerji, külək və günəş enerjisi kimi bərpa olunan mənbələrdən əldə edilir. Enerjinin 50%-i Helsinki şəhərində yerləşən binaların tullantı sularının təkrar emal olunmasından əldə olunur. Finlandiya bərpa olunan enerji texnologiyaları bazarında dünya lideridir, bura külək turbinləri komponentləri, günəş invertorları və biokütlə ilə tullantıları enerjiyə çevirəcək sistemlər daxildir.
Bu sektorlarda əməkdaşlıq etmək istəyən kifayət qədər şirkətləri var.
4. “Sisu”
Qanımızda axan qəribə (lakin yaxşı) bir şey var: ”Sisu”. Bu, milli psixikamızı və millətimizin xarakterini təsvir edən düşüncə tərzidir. Bəziləri bunu “Amerika arzusu”nun fin variantı hesab edir.
Finlandiyanın sərt və mürəkkəb tarixi, tez-tez hökm sürən şiddətli hava şəraiti qan damarları “Sisu” ilə dolu olan finlərin əməyidir. Əsrlər boyu Finlandiya “sisu” sayəsində çətin dövrləri aşa bilib. Məsələn, finlər xarici qoşunların işğalını aradan qaldırdılar və bizi İkinci dünya müharibəsindən və böyük düşməndən qoruya bildilər. Bu baradə o vaxt " New York Times" da (1940) qeyd edilib: “Finlərin sisu adlandırdıqları bir şey var. Bu cəsarət, gərginlik və inadkarlıq, bir çox insanın təslim olub dayanacağı halda, qələbə çalmaq əzmi ilə mübarizəni davam etmək deməkdir”.
Bunu bir sözlə və ya bir cümlə ilə təsvir etmək çox çətindir. Geniş mənada iradə gücü, qətiyyət, əzm və beyninizdən vicdanla istifadə edərək hərəkət etmək bacarığı deməkdir. Bu, sərhədlərinizi aşmaq və demək olar ki, qeyri-mümkün tapşırıqlara cəsarətlə qarşılamaqdır.
Mərc edə bilərsiniz ki, “Sisu” bizə biznes məqsədlərinə çatmağa da kömək edir. Verdiyimiz sözün arxasında duracağımıza etibar edə bilərsiniz, çətin anları birlikdə keçəcəyik və heç vaxt təslim olmayacağıq. Əməkdaşlıq səyləri və qarşılıqlı qazanc damarlarımızdakı qanda mövcuddur.
Finlandiyadan olan şirkətlər European Union Central Baltic proqramı tərəfindən yaradılan LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşlığı əsasında Caspian Energy Club International tərəfindən keçirilən və Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında yeni texnologiyaların inkişafı və təhsil sahəsində əməkdaşlıq mövzusunun müzakirəsinə həsr olunmuş B2B Education Forum-da iştirak ediblər. Həmçinin məlumatlandırmaq istərdik ki, 12-14 Mart 2024 tarixində daha artıq şirkətlərin Azərbaycana proqram çərçivəsində yenidən səfəri baş tutacaqdır. Hansı ki, onlar üzbəüz B2B görüşlərdə, LEF B2B Forumda, həmçinin Caspian Energy Club tərəfindən həyata keçirilən biznes turlarda iştirak edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay