BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
43044

ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi “Binance” kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib.

2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına “Bank sirri haqqında” Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. "Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir", - agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Riçard Consun sözlərini sitat gətirib.

Müqavilənin şərtlərinə görə, kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.

ABŞ-nin Ədliyyə Nazirliyi “Binance”nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao “Binance”nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.

“Bloomberg” qeyd edib ki, Çjaonun il yarım həbs cəzası alacağı və təxminən 50 milyon dollar cərimə ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, “Binance” kriptovalyuta birjası dünyanın rəqəmsal aktivlərin ticarəti üçün aparıcı sistemidir. 2017-ci ildə çinli Çanen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıblar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şahbuz işıqlanacaq - Yüz minlərlə vəsait ayrıldı

Azərbaycanda tələbələrə verilən təqaüdlər və məbləği – 66-dan-400 manata qədər

2025-ci ildə dünyanın ən yaxşı qastronomik şəhərləri - Siyahı

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - Hesabat

Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı

İlk 60 Dəqiqə: Yeni günə daha məhsuldar başlamağın yolları - SƏHƏR OXUSU

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan

İş saatları nə vaxt dəyişdiriləcək?

"Starbucks" 50 mln. dollar təzminat ödəyəcək - Məhkəmə qərarı

"Vitta Elmi-Texniki" MMC DSX-dən növbəti milyonluq sifarişini aldı

2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Neft, dollar və borclar: Yaxın Şərq qlobal ticarət müharibəsindən nə qədər təsirlənəcək?

Agentlik sədrinə yeni müavinlər təyin edildi

Salyan rayonunda milyon yarımlıq abadlıq işləri görüləcək

Bayram günlərində yağış yağacaq, temperatur 10-15 dərəcə enəcək

"A-Qroup Sığorta"nın gəlirlərində 4 milyonluq azalma - Hesabat

"Qazprom"un dərinləşən problemləri - "Reuters"in araşdırması

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

İlham Əliyev səfirlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident bu şəxsləri təltif etdi

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb (Video)

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi - ümumilikdə isə 18 milyondan çox...

"Intel"in yeni baş direktorunun məvacibi açıqlanıb

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar - SƏHƏR OXUSU

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin