BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
42938

Azərbaycan məhsullarının “Trendyol”da satışı gündəmə gəlib. Biznes cəhətdən yanaşsaq, müsbət haldır. Ancaq digər bir məsələ də var ki, “Trendyol”da daha çox satılan məhsullar qiyməti münasib olanlardır.  Türkiyəli müştərilər 20 manat civarında olan bir köynəyə “qiyməti bahadır”, “endirimdə olanda almışıq” və s. kimi şərhlər bildirirlər. Azərbaycanda isə istehsal xərcləri daha çoxdur, məhsulu istehsal etmək baha başa gəlir. Azərbaycanda istehsal olunan məhsullar “Trendyol”da satışa çıxarsa, bu məhsullar rəqabətə tab gətirə bilərmi?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, “Trendyol”da rəqabətə davamlı olmaq üçün minimum maya dəyəri ilə məhsullar istehsal edilməlidir: “Azərbaycanda istehsal olunan məhsulların birbaşa ixrac olunması və ya “Trendyol” vasitəsilə satışa çıxarılması hər hansı problem yaratmır. Problem məhsulu minimum maya dəyəri şərtləri ilə istehsal etməkdir. Bu, rəqabətə qalib gəlmək üçün mütləqdir. Azərbaycanda logistik xərclər digər ölkələrlə müqayisədə o qədər də aşağı deyil ki, biz birbaşa idxalda udaq, “Trendyol”da uduzaq. Yəni, bütün hallarda, istər birbaşa ixracda, istərsə də “Trendyol” üzərindən olan satışlarda məhsul baha olursa, bu, birbaşa maya dəyəri ilə əlaqədardır. Maya dəyərinin də baha olmasının başlıca səbəbilərindən biri istehsal olunan məhsulun elementlərinin idxaldan asılı olmasıdır”.

İqtisadçı Natiq Cəfərli də dünya bazarına çıxmaq üçün istehsalın artmasının lazım olduğunu qeyd edib: “Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq şəbəkədə satışa çıxarılması pozitiv xəbərdir, amma problem başqadır. Problem odur ki, biz nə satacağıq? Yəni, ilk növbədə Azərbaycanda istehsal olunan mallar artmalıdır ki, bunu dünya bazarına çıxaraq bilək. Azərbaycan xarici bazarlara 90 faizə yaxın enerji məhsulları çıxarır. Yəni bizim qeyri neft sahəsində istehsalımız çox aşağıdır. Biz çalışmalıyıq ki, istehsal sahələri artsın və məhsulu beynəlxalq bazarlara “Trendyol” platforması vasitəsilə çıxara bilək. Bunun üçün də çox böyük işlər görülməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin