"Apple"da 3 milyonluq zərər - Satışda saxta telefonlar var
ABŞ-da yaşayan 2 Çin vətəndaşı Apple-a təmir üçün poçt vasitəsilə göndərdikləri saxta iPhone-lar sayəsində minlərlə orijinal iPhone-lar alaraq şirkətə milyonlarla zərər vurub.
Valyuta.az technote.az-a istinadən xəbər verir ki, Bu iki şəxs, yəni Haotian Sun və Pengfei Xue Honq-Konqdan gətirdikləri saxta iPhone-ları müxtəlif saxtakarlıqlarla Apple-a göndərərək smartfonları orijinalları ilə əvəz etməyi bacarıb. Belə ki, onlar bu saxtakarlığı cihazların seriya nömrəsini dəyişərək həyata keçiriblər və indiyə qədər 5000-ə yaxın smartfonu təmirə göndərə biliblər. İkilinin bu prosesdə Apple-a 3 milyon dollara yaxın zərər vurduqları təxmin edilir.
Fırıldaqçılar izlərini itirmək üçün onlara aid olmayan poçt ünvanlarından və saxta ünvanlardan istifadə ediblər. Bu proseslər isə, ABŞ qanunlarına görə cinayət kimi müəyyən edilir. İstintaqı aparan ABŞ vəkilinin köməkçisi Kondi J.Kleinman və məhkəmə prokuroru Ryan Dickey bu iki şəxsin törətdikləri cinayətləri və izlədikləri üsulu izah etdikdən sonra onlar üçün 20 il həbs cəzası istəyiblər.
Əvvəllər San Dieqoda Zhimin və Zhiting Lao adlı iki qardaş oxşar fırıldaqçılara görə 41 ay həbs cəzasına məhkum edilmişdilər. Məlum olub ki, Lao qardaşları artıq başqa ölkələrdə orijinal iPhone satışlarına başlayıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay