BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
42628

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir. Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur.

Valyuta.az xəbər verir ki, bunu  AYNA-nın mətbuat katibi Tural Orucov bildirib.

Onun sözlərinə görə, bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 14 minə yaxın sürücü müraciət edib. Onlardan 13 min 776-sı təlimləri bitirib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
 
T.Orucov bildirib ki, iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır.
 
“Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə AYNA tərəfindən müvafiq icazə veriləcək”, - deyə mətbuat katibi əlavə edib.
©Azərtac 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Milli Məclisin deputatları tətilə çıxır

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Nazirliyin çağrı mərkəzi süni intellektlə idarə olunacaq

Azərbaycanda yeni qanun layihəsi hazırlanıb

ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq

Almaniya Prezidenti parlamenti buraxıb

“Embraer” təyyarə istehsalı müəssisəsinin nümayəndələri Aktauya gedib

901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib

Azərbaycanda 512 hərbçiyə mənzil veriləcək - QƏRAR

Uşağın anadan olmasına görə 89 808 nəfərə birdəfəlik müavinət təyin edilib

Kreml istintaq yekunlaşana qədər təyyarə qəzasına heç bir qiymət verməyəcək

Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırılıb

Nazirlik: Maaşlar 16 faizə qədər artırılıb

Sabaha gözlənilən hava proqnozu açıqlandı

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcəklər

Gələn il yaşayış minimumunun həddi artırılıb

Gələn il yaşayış minimumunun həddi artırılıb

Həmin dərmanları reseptə yazan həkimlər cərimə ediləcək

Azərbaycanda büdcə təşkilatlarında çalışan işçilərin yeni maaşları təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin