
Kriptovalyutadan əldə olunan gəliri necə nağdlaşdırmaq olar?
Kripto bazarı hazırda dünyada inkişaf edib, Azərbaycanda da bu sahəyə maraq zamanla artır. Bir çox şəxslər bu sahənin, gəlirləri, riskləri və digər amillər ilə maraqlanırlar. Ən aktual mövzulardan biri də kriptodan qazanılan pulun necə nağdlaşdırılmasıdır. Bəs kriptodan əldə olunan gəlir necə nağdlaşdırılır?
Nağdlaşdırılan zaman gəlirin neçə faizi qədər vergi tutulur?
Bu barədə Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, kriptovalyutalardan əldə edilən gəlirləri nağdlaşdırmaq üçün bir neçə fərqli üsullar var:
“Kriptovalyuta birjaları, mübadilə servisləri, elektron cüzdanlar, p2p platformalar və kripto ATM-ləri göstərmək olar. Bu platformalar vasitəsilə kriptovalyutaları fiat pula dəyişdirə və birbaşa şəxsi bank kartınıza köçürə bilərsiniz. Azərbaycanda gəliri nağdlaşdırmaq üçün ATM-lərdən başqa bütün üsullardan istifadə etmək olar. ATM-lərin də yaxın zaman ərzində fiziki olaraq mövcud olması planlaşdırılır”.
E.Quliyev bildirdi ki, yerləşdiyi ölkədən aslı olaraq nağdaşdırma komissiyaları 2-10% aralığında ola bilər: “Kriptovalyutalar üzrə dünyada hələ də vahid tənzimləmə qanunları olmadığına görə kripto gəlirlərin vergiyə cəlb edilməsi mexanizmlərini ölkələr özləri müəyyən edir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay