BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
42496

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü olub.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

13.05

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Valyuta.az xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.

***

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd etdi.

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlatdı. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulandı. Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olundu.

Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edildi. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirildi.

Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı.

Dövlətimizin başçısı İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət etdi.

Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir.

Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırdı.

Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət etdi.

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Restoranlarda verilən qurbağa əti ilə bağlı Açıqlama

Ermənilərin 30 milyon dollarlıq dələduzluq işi üzrə ifşa əməliyyatının təfərrüatları - Video

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib®

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

Elektrik ixracından əldə olunan gəlirlər azaldı

Pullar ölkədən bu yolla çıxarılır - Qarşısını necə almaq olar?

“AtaSığorta”nın idarə Heyətinə 3 üzv təyin edilib

Ölkələr üzrə blogerin qazancı - Azərbaycanda vəziyyət necədir?

Qadağa öncəsi qohum evliliklərində sürətli artım

"İri sahibkarlar arasında qadın yoxdur" - Vüqar Bayramov

Aİ-nin almaz ixracından əldə edilən gəlirləri rekord həddə azalıb

Azərbaycan vətəndaşları 85 ölkəyə vizasız gedə bilər

Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb

Mark Zukerberqdən gözlənilməz addım: "Meta" mağazalar şəbəkəsi quracaq

Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı (FOTO)

Hökumətin hesabat vermə vaxtı dəyişir

Hökumətin hesabat vermə vaxtı dəyişir

Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

"2024-cü ildə qadınların maaşı 7,5%, kişilərin maaşı isə 8,5% artıb"

Xəzər dənizində zəlzələ olub

"Köçkünlərin xeyli hissəsi öz evini tikə bilər"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin