"iPhone" istifadəçilərinə təhlükəli virus barədə xəbərdarlıq edildi
Təhlükəsizlik şirkəti "Group-IB" iOS üçün GoldPickaxe.iOS adlı yeni troyan kəşf edib.
Valyuta.az "Tom's Hardware"yə istinadən xəbər verir ki, o, sifətin tanınması məlumatlarını, şəxsiyyət vəsiqələrini, SMS və qurbanların bank hesablarını sındırmaq üçün istifadə edilə bilən digər məlumatları oğurlaya bilir.
Qeyd olunur ki, troyan əvvəlcə "Android" üçün hazırlanmış "GoldDigger" ailəsinə aiddir. GoldPickaxe.iOS ilkin olaraq "TestFlight" xidməti vasitəsilə yayılıb, burada tətbiqlərin beta versiyaları "App Store"a daxil olmamışdan əvvəl sınaqdan keçirilir.
Tətbiq "Apple" xidmətindən silindikdən qısa müddət sonra fırıldaqçılar onu korporativ cihazları idarə etmək və konfiqurasiya etmək üçün istifadə olunan MDM profili vasitəsilə yaymağa başlayıblar.
İndi fırıldaqçılar istifadəçiləri "App Store"dan yan keçərək troyan yükləməyə imkan verən zərərli profil quraşdırmağa inandırırlar. Bundan sonra təcavüzkarlar bütün qurbanların məlumatlarına giriş əldə edirlər.
"Group-IB"nin məlumatına görə, troyan qurbanlarının əksəriyyəti Vyetnam və Taylanddadır, lakin digər ölkələrdən olan istifadəçilər də təsirlənə bilər. Mütəxəssislər artıq müəyyən edilmiş problemlə bağlı "Apple" şirkətini məlumatlandırıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay