BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
42362

AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan Rabitəbankın adı və loqosu əks olunacaq.

AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. Rabitəbank rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev əfsanəvi referi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında verdiyi qərarın  dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığını bildirib.  Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyini bildirən AFFA prezidenti Rabitəbankla yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağını diqqətə çatdırıb.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? - Açıqlama - Video

“Hesabınız dondurulub, müdaxilə var”- DİN-dən vətəndaşlara xəbərdarlıq

Qramı 512 manat olan balın süfrəyə gəlişi -"Mad honey"

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin