Biznesin uğurlu olmasında təsisçinin satış bacarıqlarının rolu – Təlimçi şərhi
Satış bacarıqları olan şəxslər biznesdə daha uğurlu olacağını düşünürlər. Deyirlər ki, satış bacarıqları olan şəxslər biznes quran zaman bir addım öndə başlayırlar, bu bacarıqlara sahib olmayan biznesmenlər isə əlavə mütəxəssis götürməyə məcbur olurlar. Bəs satış bacarıqları olan və olmayan şəxslər hansı sahələrdə biznes qurmalıdırlar?
Bu barədə Valyuta.az-a danışan biznes təlimçi Dr.Nəcəf Allahverdiyev bildirib ki, satış biznesin əsasını təşkil edir və əksər bizneslər satış üzərində qurulur:
“Bu baxımdan biznes quran şəxsin satış bacarıqları varsa, bu, çox faydalı ola bilər. Nəzərə almaq lazımdır ki, fərqli biznes formaları var. Ola bilər ki, sahibkar hər hansı biznes açsın, bu, market, restoran, kafe və s. ola bilər. Burada format ola bilər ki kiçik olsun. Orada şəxsin özü satıcıdırsa, təbii ki, burada satış qabiliyyətləri çox vacibdir”.
Təlimçi onu da qeyd edib ki, sahibkar daha geniş bir şirkət, daha geniş müəssisə açırsa, özü satışla məşğul olmayacaqsa, satış mütəxəssisi cəlb edəcəksə, bu zaman satış bacarıqlarının olması heç də vacib deyil: "Çünki bu sahədə mütəxəssis çağıracaq. Burada onu da qeyd etmək lazımdır ki, yaxşı biznesmen hər bir işi öz üzərinə götürməli deyil, bəli, çox yaxşı olar ki, həm satışı, həm mühasibatı, həm də SMM işini bilsin. Amma çox vaxt biznesmenlərin ən böyük problemlərindən biri odur ki, hər işi özləri görmək istəyirlər. Həvalə etmək bacarığı rəhbərlik üçün çox vacibdir. Bu baxımdan vacib deyil ki, rəhbər bütün işləri bilsin. Həqiqi biznes sahibi olan o insandır ki, lazımı mütəxəssisləri tapıb, yerində yerləşdirə və onları hər iki tərəf üçün faydalı olaraq işlədə bilsin. Yəni həm işçi, həm də biznesmen razı olsun. Burada istisnalar çox az yatırımı olan, özlərinin də işlədiyi biznes sahələri olanlardır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay