Avto
15.02.2024 / 20:51
“Mercedes-Benz”ə aid Daimler Truck konserni KamAZ-dakı payını satdı
42323
Alman avtomobil istehsalçısı Daimler Truck (Mercedes-Benz Qrupunun bir hissəsi) 2024-cü ildə KamAZ dizel yük maşını istehsalçısındakı 15% payını satıb.
Valyuta.az xəbər verir ki, bu məlumatı “Vedomosti” qəzetinə müsahibəsində “KamAZ”ın baş direktoru Sergey Koqoqin açıqlayıb.
“Mercedes-Benz Group AG 2022-ci ilin fevralından şirkətin həyatında iştirak etmir”, – nəşr direktordan sitat gətirir.
Onun sözlərinə görə, artıq KamAZ-ın kapitalında iştirakın dayandırılması ilə bağlı rəsmi proses başa çatıb.
"Onların şirkətimizlə bağlı gələcək planları məlum deyil", - Koqogin əlavə edib.
O, konsernin səhmlərini kimə satdığını açıqlamayıb.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay