"Volvo"dan yenilik, ilk dəfə belə bir avtomobil istehsal etdi
Əgər hər səhər zibilinizi elektrik maşını evinizin qarşısından götürsəydi ilk düşüncəniz nə olardı? Yəqin ki, əvvəlcə qəribə hisslər keçirəcəksiniz, amma zamanla buna öyrəşəcəksiniz.
Valyuta.az xəbər verir ki, elektrikləşmə tendensiyası günü-gündən artır. İndi artıq yük maşınları və digər ağır nəqliyyat vasitələri var. Əslində, "Volvo" bu dəyişikliyin ilk siqnallarını FH seriyalı traktorlarına elektrik modeli təqdim edərək elan etmişdi. Bu dəfə brend öz tarixində yeni çığır açıb. "Volvo"nun ilk tam elektrik modeli olan "FM Low Entry"ni təqdim edib.
Əslində, markanın bu istehsalının tam bələdiyyə dostu olduğunu deyə bilərik. Vasitə buraxılış görüntülərində zibil maşını versiyası olaraq təqdim edildi. Bununla belə, "FM Low Entry" 4X2, 6X2, 6X4, 8X2 və 8X4 ox konfiqurasiya seçimləri ilə bütün ehtiyacları ödəmək üçün modifikasiya edilə bilər. Tək və ikili kabin variantları da mövcuddur.
"Volvo" tarixində bir ilki simvolizə edən elektrikli zibil maşını "FM Low Entry" 360 kVt/saat tutumlu dörd akkumulyator və 489 at gücü hasil edən aqreqatla təchiz olunub. Avtomobil bu akkumulyatorla 200 kilometrə qədər məsafə qət edə bilər. 200 km şəhərlərarası nəqliyyat üçün kifayət qədər azdır, lakin şəhərdə qazıntı, zibil və sair kimi işlərdə istifadə olunan bir yük maşını üçün kifayətdir.
Avtomobil 19-32 ton arasında dəyişən ümumi tonajla işləyə bilər. Bundan əlavə, elektrikləşdirmə kampaniyasında iştirak edən hər bir avtomobil kimi, onun da ciddi texnoloji yenilikləri var. 2024-cü ilin ilk rübündə satışa çıxarılacaq modeldən gözləntilər böyükdür. "Volvo", istehlakçıların elektrikləşmə hərəkətinə alışmasını və 2030-cu ilə qədər satılan avtomobillərin yarısının elektrikli olacağını təmin etməyi hədəfləyir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay