BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
42130

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının yaranmasının 32 ili tamam olur.

Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılıb. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.

Hazırda Mərkəzi Bank öz fəaliyyətini üçüncü nəsil bank qanunları əsasında həyata keçirir (“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun ikinci redaksiyası 1996-cı il 14 iyun tarixində, üçüncü redaksiyası 2004-cü il 10 dekabr tarixində qəbul edilib).

Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilib.


Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirib və “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” kimi adlandırılıb. 

2016-ci ildə ölkədə keçirilən iqtisadi və institusional islahatlar çərçivəsində Mərkəzi Bankın səlahiyyətlərinə dəyişikliklər edilib. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa 2016-cı ilin mart ayının 4-də qəbul edilmiş dəyişikliklərə uyğun olaraq bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi, bank fəaliyyətinə nəzarət funksiyaları yeni yaradılmış quruma verilib. Bundan sonra Mərkəzi Bankın səlahiyyətləri əsasən pul-məzənnə siyasəti, makroiqtisadi və maliyyə sabitliyi siyasətinə dəstək verilməsi, banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, nağd pul dövriyyəsinin təşkili istiqamətlərinə fokuslanıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankın hazırda fəaliyyət göstərdiyi, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binası 1998-ci ildə istifadəyə verilib. Yeni binanın təntənəli açılışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və digər dövlət rəsmiləri istirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin