"Google"un yeni çatbotu mütəxəssisi məyus edib
"Google"un yeni süni intellekt (AI) çatbotu "Gemini" güclü və zəif tərəflərinin birləşməsinə görə mübahisəlidir.
Valyuta.az xəbər verir ki, bu qənaətə "The Verge" texnoloji portalının köşə yazarı, bu yaxınlarda "Android"də buraxılmış "Gemini" tətbiqini sınaqdan keçirən Allison Conson gəlib.
Ekspert onun digər "Google" xidmətləri, o cümlədən "Google Xəritələr" və "Google Sənəd" tətbiqləri ilə inteqrasiya xüsusiyyətlərini əlverişli adlandırıb. Onun rəyinə görə, AI marşrutlar qurmağa, qeydlər aparmağa və e-poçtlardan məlumatları ümumiləşdirməyə kömək etməkdə yaxşıdır.
Conson "Google" AI ilə bağlı əsas problemi ChatGPT və digər rəqabət aparan AI modelləri ilə müqayisədə sualların kontekstini yaxşı tanıya bilməməsi ilə izah edib.
Jurnalist "Gemeni"dən yaxınlıqdakı şəhərdə qısa velosiped sürmək üçün planlar qurmağa kömək etməsini xahiş etdikdə çatbot ona müxtəlif istirahət variantları, o cümlədən akvalanqda dalış dərsləri, teatra və kazinoya baş çəkməyi təklif edib.
Conson eyni tapşırığı bir neçə park, kafe və kitab mağazası tövsiyə edən ChatGPT-yə verib.
Bundan əlavə, "Gemeni" daha pis danışıq dəstəyi funksiyasına malikdir. Müşahidəçinin fikrincə, "Google"un çatbotu ilə ünsiyyət daha çox şirkətin axtarış sistemi ilə işləməyi xatırladır, çünki "Gemeni" maraq doğuran mövzular üzrə mənbələrdən mətn fraqmentləri ilə suallara cavab verməyə üstünlük verir.
Allison Conson "Gemeni" "AI-optional" olaraq xarakterizə edib və "Google"un rəqiblərin təcrübəsini nəzərə alaraq yeni məhsulunu təkmilləşdirəcəyinə ümid etdiyini edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay