Şəxsi restoranı və moda brendi olan Linqard Koreyada nə qədər qazanacaq?
Məşhur ingilis Cesse Linqardın Cənubi Koreya klubu “Seul”a gözlənilməz transferi bir çoxlarını təəccübləndirdi.
Valyuta.az xəbər verir ki, klub bu gün İngiltərə millisinin sabiq futbolçusu ilə ikiillik müqavilə imzaladığını rəsmən açıqladı. 31 yaşlı yarımmüdafiəçi qarşıdan gələn mövsüm üçün komandanın Yaponiyanın Kaqoşima şəhərindəki qış hazırlıqlarına qatılacaq. Linqardın həmçinin Premyer Liqa təmsilçisi “Everton” və Yaponiya nın ikinci divizion komandası “Yokohama” ilə danışıqlar apardığı, lakin nəticədə K Liqasında ən populyar komandanı seçdiyi bildirilib.
26 milyon əhalisi olan ölkənin paytaxtını təmsil edən “Seul” Liqa 1-in altıqat qalibidir. Bununla belə, klub 2020-ci ildən liqanın düşmə zonasından uzaqlaşmaq üçün mübarizə aparırdı və çətinliklərlə üz-üzə idi. Bundan əvvəl isə “Seul” davamlı olaraq çempionluq uğrunda mübarizə aparırdı və Asiya Çempionlar Liqasında iştirak edirdi. Məyusedici 40-cı, yubiley mövsümündən sonra komandaya yeni baş məşqçi gətirildi.
Linqard iyulda “Nottingem Forest”dən ayrıldıqdan sonra fəal şəkildə yeni komanda axtarır və hər iki tərəf strateji olaraq transferi planlaşdırırdı. Koreya mətbuatında yer alan xəbərlərə görə, “Seul” Linqardla hələ 2023-cü ilin noyabrında razılığa gəlib.
Qonşu ölkələr - Çin və Yaponiya - son illərdə Oscar və Andrés İniesta kimi avropalı ulduzlarla nəzərəçarpacaq məbləğ qarşılığında müqavilə bağladıqları üçün Linqardın maddi səbəblərdən Koreyaya getməsi sual altında idi. Digər tərəfdən, Koreya liqasının maliyyə miqyası daha kiçikdir. Liqanın maliyyə hesabatına görə, “Seul”un ümumi heyətində keçən il əmək haqqı 13,239,655,000 KRW (9,27 milyon avro) təşkil edib ki, bu da Linqardın “Nottingem Forest”dəki bir illik maaşından (12 milyon avro) az idi. Bununla belə, onun Seuldakı maaşı Səudiyyə Ərəbistanı Pro Liqasındakı oyunçularla müqayisədə o qədər də yüksək olmayacaq. Yerli medianın məlumatına görə, futbolçunun maaşının dəqiq məbləği hələlik məlum olmasa da, o, Koreyada ən çox qazanan oyunçu ola bilər. 2023-cü ildə K Liqasında ən çox maaş alan oyunçu ildə cəmi 1.400.000.000 KRW (980 min avro) qazanan Çeşinya idi.
Görünür, müqavilə müəyyən bir azadlıq səviyyəsini ehtiva edir. Məlumata görə, Linqarda restoran, moda və espor kimi şəxsi bizneslər üçün yer də veriləcək. 2023-cü ilin avqustunda “JLINGZ Esports” Koreya şirkəti “FearX”lə strateji tərəfdaşlıq imzaladı. Koreya bankının məlumatına görə, “JLINGZ Esports” keçən il Koreya iqtisadiyyatına təxminən 500 milyon avro qazandırıb. Ölkənin güclü video oyun sənayesi və mədəni təsirini nəzərə alsaq, Seul Linqardın futboldan kənar biznesləri üçün əla şəhər ola bilər. Futbolçunun şəxsi restoranı və moda brendi də var.
“Seul” indiyədək kifayət qədər sakit qış transfer pəncərəsi keçirdi. Əfsanələr Osmar və Yo-han Qo “Seul”u tərk edərkən, diqqət çəkən futbolçular braziliyalı cinah oyunçusu Vilyan, təcrübəli yarımmüdafiəçi Ca-Mun Ryu və cinah müdafiəçisi Jun Çoy idi. Bu yaxınlarda klub millinin kapitanı Sunq-Yuenq Ki ilə də müqaviləni yeniləyib.
Bəs “Seul”un planı nədir? Ötən illər tərəfdarları məyus etdiyinə görə, Linqard və yeni təyin olunmuş baş məşqçi Gi-Donq Kim Koreyanın ən böyük futbol klubunun köhnə şöhrətini qaytarmağa ümid edir. Kim əcnəbi hücumçularla 4-2-3-1 formasında oynamağa üstünlük verdiyi üçün Linqard onun yanındakı Paloçeviç və Iljutçenko ilə birlikdə müxtəlif mövqelərdə hücumçu rollarını icra edə bilər. Ötən mövsüm koreyalı dünya çempionatının oyunçusu Sanq-Ho Na və Norveç millisinin sabiq üzvü Byorn Conson azarkeşlərin gözləntilərini doğrultmadı. Dünya çempionatından bəri Na-nın performansı əhəmiyyətli dərəcədə aşağı düşsə də, Conson nadir hallarda oynadı. Linqardın gəlişi və Kimin taktiki vizyonu ilə “Seul” heyətini canlandırmaq və Koreya futbolunun önündə mövqeyini bərpa etməyi hədəfləyir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay