Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr - TOP 5
Ötən il Azərbaycan 3 milyard 348 milyon 46 min ABŞ dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki illə müqayisədə 300 milyon 373 min ABŞ dolları (9.8%) çoxdur.
Ötən il ən çox qeyri-neft məhsullarının ixrac olunduğu ölkə 1 milyard 114 milyon 166 min ABŞ dolları dəyər ilə Rusiya olub. Bu əvvəlki ilin göstəricisi ilə müqayisədə 185 milyon 560 min ABŞ dolları (20%) çoxdur.
Türkiyəyə 783 milyon 861 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 70 milyon 757 min ABŞ dolları (10%) çoxdur.
Azərbaycan Gürcüstana 332 milyon 468 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu da 2022-ci illə müqayisədə 104 milyon 32 min ABŞ dolları (45.5%) artıqdır.
İsveçrəyə 175 milyon 310 min ABŞ dolları dəyərində, Qazaxıstana isə 95 milyon 44 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 23 milyon 160 min ABŞ dolları (11.6%) və 7 milyon 672 min ABŞ dolları (7.4%) azdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay