"Maaş artımı ədalətli şəkildə edilirsə, işçinin performansında özünü göstərir"
Müəyyən dövrlərdə şirkətlər işçilərin maaşını artırırlar. Bu, ya ümumi formada bütün işçilərə şamil olunur, ya da hər hansı bir işçinin gördüyü işi qiymətləndirmə baxımından artım edilir. Təbii ki, bu, sevindirici haldır. Bəs maaş artımı işin keyfiyyətinə necə təsir edir?
Valyuta.az-a bu barədə məlumat verən "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirib ki, əmək haqqı artımı işçini qiymətləndirmə alətlərindən biridir:
“Maaş artımı ədalətli şəkildə edilirsə, işçinin performansında özünü göstərir və işçini şirkətə bağlayan amillərdən biri kimi qiymətləndirilir. İşçi görür ki, şirkət işi dəyərləndirir, qiymət verir. Buna görə də şirkətə daha çox bağlanır. Çünki, o şirkəti ədalətli şirkət kimi qəbul edir.
Əməkhaqqı artımı işçinin performansına təsir edir, amma yalnız pul ilə işçini şirkətə bağlamaq mümkün deyil. Motivasiya, bağlılıq faktorlarını da müzakirə etsək, orada qeyri-pul amillərinin daha həlledici olduğunu görərik. İş mühiti, şirkətdə rəhbər-işçi münasibəti, şirkətin korporativ mədəniyyəti kimi amillər maddiyatdan daha ön planda olur. Təbii ki, maddiyat da ədalətli və yerində olmalıdır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay