“Apple”ın gəlirləri artıb
ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın gəliri 2 faiz artıb.
Valyuta.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. “Apple” ötən ilin son 3 ayı üçün hesabatını açıqlayıb. Şirkətin gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 119,6 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 117,1 milyard dollar gəliri var idi. Şirkətin gəliri 118 milyard dollarlıq bazar gözləntilərini üstələyib. Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışlar 13 faiz azalıb. “Apple”ın xidmət gəlirləri 23,1 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb. “Apple”ın xalis mənfəəti ötən ilin son üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 33,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə təxminən 30 milyard dollar olaraq qeydə alınıb. Şirkətin səhm üzrə mənfəəti də sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib.
“Iphone” və “Mac” satışları artıb, “Ipad” satışları azalıb.
Bu dövrdə “Apple”ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb. 2023-cü ilin oktyabr-dekabr dövründə “iPhone” satışlarının həcmi bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artaraq 69,7 milyard dollara çatıb. Eyni dövrdə “Mac” satışları 0,6 faiz artaraq 7,8 milyard dollara, “iPad” satışları isə 11 faiz azalaraq 7 milyard dollara düşüb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay