BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
41625

Azərbaycanda son illərdə mənzillərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2020-ci ildə mənzil bazarında qiymət artımı olmayıb, 2021-ci ildə cüzi bahalaşma baş verib, amma 2022-ci və 2023-cü illərdə yaşayış sahələrində qiymət sıçrayışları qeydə alınıb. 

Rəsmi məlumatlara görə, mənzil qiymətləri 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə daha 9,7 faiz artıb. Ümumilikdə, son 2 ildə mənzil bazarında qiymətlərdə 16 faiz artım olub. 

Daha çox bahalaşma təkrar mənzil bazarında qeydə alınıb. Burada qiymətlər 2021-ci ildən bəri 16,2 faiz artıb.  İlkin mənzil bazarında isə son iki ildə 14,4 faiz bahalaşma baş verib. Ötən illərdə ən yüksək qiymət arımı 2023-cü ildə olub. 2023-cü ildə mənzil qiymətləri 9,7 faiz artıb. Ötən il təkrar mənzil bazarında qiymətlər 9,8 faiz, ilkin bazarda 7,8 faiz artıb. 

Bəs son iki ildə mənzillərin belə sürətlə bahalaşmasının səbəbi nədir?

Azərbaycanın mənzil bazarındə 2022 və 2023-cü illərdə qiymətlərdə sıçrayışın baş verməsini iki amillə əlaqələndirmək olar. Birinci amil xarici proseslərlə bağlıdır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin baş verməsi Azərbaycanın daşınmaz əmlak bazarında, xüsusən də mənzil bazarında qiymətlərə ciddi təsir edib. Müharibənin yaratdığı yeni şəraitə görə, Rusiyada yaşayan çoxlu sayda soydaşımız öz vəsaitinin bir hissəsini Azərbaycana köçürdü. Rusiyadan fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulun məbləği 2021-ci ildə, yəni müharibədən əvvəl 623 milyon dollar olduğu halda, 2022-ci ildə 2,97 milyard dollara yüksəldi. 2023-cü ilin yanvar-sentyabr aylarında isə köçürülən pulun həcmi azalsa da, 2021-ci ildən xeyli yüksəkdir. Ötən ilin ilk 9 ayında 829,4 milyon dollar köçürülüb və ilin sonunda bu məbləğin 1 milard dolları ötəcəyi dəqiqdir. 

Azərbaycana Rusiyadan göndərilən pulun önəmli hissəsi məhz mənzil bazarına yönəldildi və bu, bazarda tələbin artmasına səbəb oldu. Tələbin kəskin artması isə qiymət artımlarını gücləndirdi.  Mənzil bazarında bahalaşmaya səbəb olan ikinci amil daxili proseslərlə bağlıdır.  Ölkəmizdə son illərdə istifadəyə verilən mənzillərin sayının azalması, əvəzində müxtəlif mənbələr hesabına mənzil alışı üçün ayrılan vəsaitin artması müşahidə edilir. Bu dəyişikliklər bazarda bahalaşmanı dəstəkləyib. Mənzil tikintisi əvəlki ilə nisbətən 2021-ci ildə 27,8 faiz, 2022-ci ildə 5,8 faiz azalıb, yalnız 2023-cü ildə 1,3 faiz artıb. Ümumilikdə, son 3 ildə mənzil tikintisinə ayrılan vəsait real olaraq 31 faiz azalıb. 

Mənzil tikintisi azalsa da, mənzil alışı üçün ayrılan vəsaitlər artıb. Yalnız ipoteka və kirayə müqaviləsi əsasında mənzil satışı üçün dövlətin hesabına ayrılan vəsaitin məbləği xeyli artıb. 2020-ci ildə banklar dövlət vəsaiti hesabına 257 milyon manat ipoteka krediti verdiyi halda, 2022-ci ildə 423 milyon manat, 2023-cü ildə 461 milyon manat kredit ayrılıb. Dövlətin ipoteka krediti üçün ayırdığı vəsaitin artırması hesabına 2022-2023-cü illərdə ipoteka bazarında kredit borcunun məbləği 50 faiz və ya 1,2 milyard manat artaraq 3,63 milyard manata çatıb. 

Mənzil bazarında qiymətlərin artması investorları da bu sahəyə sərmayə qoymağa stimullaşdırıb. Qiymətlər yüksəldikdə böyük məbləğdə vəsaiti olan şəxslər vəsaitlərinin daha çox hissəsini mənzil və daşınmaz əmlak alınmasına yönəldir. Bu amil də mənzil bazarında qiymətlərin sürətlə artmasına kömək edir. 

Beləliklə, son illərdə mənzil bazarında təklifin azalması, əvəzində isə bazarda tələbin kəskin artması hesabına qiymətlərdə sıçrayış qeydə alınıb. Əgər 2024-cü ildən Rusiyadan köçürülən vəsaitlər bir qədər də azalarsa, eyni zamanda qiymətlərin artması səbəbindən daxili tələb zəifləyərsə, mənzil bazarında qiymət artımlarının sürəti zəifləyəcək. //sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini açıqladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür - RƏSMİ

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

Dünyanın ən hündür metrosu bu ölkədə tikiləcək

Türk lirəsi bahalaşmaqda davam edir

Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI

"Ethereum" bahalaşdı

Gözəllik salonu satışa çıxarılıb - QİYMƏT

Tez öyrənmə bacarığı ilə seçilən uğurlu iş adamının hekayəsi - SƏHƏR OXUSU

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin