“Microsoft” “kisə"nin ağzını açdı - 500 milyon dollarlıq sərmayə
“ChatGPT”ni inkişaf etdirən şirkətlər “OpenAI” və “Micosoft”, süni intellektlə dəstəklənən insanabənzər robotların hazırlanması üçün startapa 500 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Vaalyuta.az xəbər verir ki, insanabənzər robotlar həm görünüş, həm də xüsusiyyətləri və davranışları ilə insana bənzəyən robotlardır.İlon Maskın rəhbərlik etdiyi “Tesla” da daxil olmaqla bir çox şirkətlər öz robotlarını istehsal etmək üçün yarışır.
Bütün dünyada avtonom insanabənzər işçilər yerləşdirmək istəyən “Figure AI” şirkəti 1,9 milyard dollar dəyərində qiymətləndirilə bilər. “OpenAI” əvvəllər “1X Technologies” adlı başqa insanabənzər robot startapına sərmayə qoymuşdu. “Goldman Sachs”ın hesabatına görə, yaxın 15 ildə insanabənzər robotlar 154 milyard dollar qazanc gətirə bilər. Onların həyatımıza yeni girdiyini nəzərə alsaq, bu hesabat bazarın qısa müddətdə böyüyəcəyini göstərir. Başqa bir hesabata görə, 2022-ci ildə 1,5 milyard dollar dəyərində olan bu robot bazarı 2027-ci ildə 17,3 milyarda çatacaq. Analitiklər bu artımı pərakəndə satış və tibb sektorunda qabaqcıl xüsusiyyətlərə malik robotların sayının artması ilə əlaqələndirirlər. Bununla belə, bazar hazırda robototexnika sektoruna aid edilən tədqiqat və inkişaf xərclərinin yüksək olması səbəbindən geri qalır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay