Dünya
01.02.2024 / 17:20
Yanvarda investorlar Hindistandan 3,4 milyard dollarlıq aktiv çıxarıb
41554
Yanvar ayında Hindistan fond bazarı son 12 ayda ən yüksək xarici kapital axını ilə üzləşib.
Valyuta.az xəbər verir ki, bu barədə "Business Standard" yazıb.
Portfel investorları son bir ay ərzində ölkədən 3,4 milyard dollarlıq aktiv çıxarıblar. Əsas səbəb "HDFC Bank", "Hindustan Unilever" və "Bajaj Finance" kimi iri Hindistan şirkətlərinin məyusedici rüblük hesabatlarıdır.
Yanvar ayında bazar əhval-ruhiyyəsinə təzyiq ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazları üzrə gəlirliliyin dekabrdakı 3,86%-dən 4,2%-ə yüksəlməsi ilə də olub. Bu, risklərin həddindən artıq qiymətləndirilməsi ilə nəticələnib.
Analitiklər institusional investorların vəsaitlərini Hindistandan Çinə köçürə biləcəklərini gözləyirlər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay