BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
41529

Qida məsələləri ilə bağlı ciddi təhlükələr var.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:

“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. “Coco-Cola”, “Fanta”-lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur”.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı çox böyük institut var, 700-ə yaxın əməkdaş çalışır: “Orada bir anın içində milyonlarla maddə üzərində analiz aparıla bilir. Elə görüntü yaranmasın ki, Azərbaycanda qida təhlükəsizliyi təmin edilmir. Elə danışıldı ki, guya hökumət vətəndaşın düşmənidir ki, onu zəhərləyir. Elə məhsul yoxdur ki, onun genində hansısa maddə yer almasın. Amma bizim “Qida təhlükəsizliyi haqqında” qanunda bu göstərilib ki, bu insanların, heyvanların sağlamlığına ziyan vurursa, bu məhsul qadağan olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

İcra hakimiyyətindən 15 min manatlıq tədbir

Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər

Bu Elektrik Stansiyasının 371 273 manat vergi borcu var

Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi

"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

Süni intellekt sosial media və interneti necə pozur?

"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu

Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı

"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

Bu şəxslərə pulsuz ev veriləcək

ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib®

İntiqam Babayev vəzifəsindən azad edildi

Vətən qızı Şuşada şirkət yaratdı

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir

Dünyanın ən bahalı şəhərləri açıqlanıb

“AccessBank”ın mənfəəti 39% azalıb

6,5 milyonu mənimsəyən sabiq DSMF əməkdaşına 14 il yarım iş verildi

Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək

Milli Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur?

Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır

İlk dəfə bu Forum Azərbaycanda keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin