Biznes
01.02.2024 / 11:14
Azərbaycanlı milyarder bu il 838 milyon qazanıb - 25,5 milyard pulu var
41511
Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 7,953 milyard dollar artıb.
Valyuta.az xəbər verir ki, bunu "Bloomberg Billionaires Index"in məlumatları sübut edir.
Yanvarda "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov 2,14 milyard dollar zənginləşərək sərvətini 23 milyard dollara çatdırıb.
NLMK-nın direktorlar şurasının rəhbəri Vladimir Lisinin sərvəti 1,35 milyard dollar artaraq 25,3 milyard dollara, "Lukoyl"un təsisçisi Vahid Ələkbərovun sərvəti 838 milyon dollar artaraq 25,5 milyard dollara çatıb.
"Bloomberg" 2012-ci ilin mart ayından etibarən Milyarderlər İndeksini açıqlayır. Buraya dünyanın ən varlı 500 adamının sərvəti haqqında məlumatlar daxildir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay