ABŞ Rusiyaya “Çin şirkətlərindən” dəstək görür – Cavab olacaq
Amerika hakimiyyəti Çindən Rusiya Federasiyasına ölümcül hərbi yardım göstərilməsini görmür, lakin “Çin şirkətlərindən” dəstək görür.
Valyuta.az xəbər verir ki , bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz Rusiyaya müdafiə-sənaye kompleksini bərpa etməkdə kömək edən Çin şirkətlərinin dəstəyini gördük”, - Amerika liderinin müşaviri Xarici Əlaqələr Şurasının seminarında deyib.
Onun sözlərinə görə, Vaşinqton “bu cür fəaliyyətə cavab olaraq” tədbirlər görməyə hazırdır.
Bundan əvvəl Sallivan qeyd edib ki, ABŞ administrasiyası milli təhlükəsizliyini qorumaq üçün Çinə qarşı texnoloji məhdudiyyətlər qoymağa davam edəcək . O əlavə edib ki, Birləşmiş Ştatlar və Çin liderləri “nisbətən tezliklə” telefonla danışacaqlar və Vaşinqton artıq Pekinə qarşı təhlükəsizliyi pozmaq üçün texnologiyadan istifadənin qarşısını almaq məqsədi ilə “bir sıra kalibrlənmiş tədbirlər” görüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay