Aİ-də hamı Kiyevə görə Macarıstan iqtisadiyyatını sarsıtmaq ideyasını dəstəkləyirmi?
Budapeştin dörd il müddətinə Kiyevə 50 milyard avro məbləğində yardımın ayrılmasına vetosunu ləğv etməkdən imtina etməsi səbəbindən Aİ-nin bütün üzvləri Macarıstan iqtisadiyyatını sarsıtmaq ideyasını dəstəkləmir.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır.
Qeyd olunur ki, Macarıstan hakimiyyəti Aİ-nin ölkəni iqtisadi təzyiq vasitəsilə Ukraynaya yardıma vetonunu ləğv etməyə məcbur etmək planını şantaj kimi qiymətləndirib. Macarıstanın zəif tərəflərinə çox yüksək inflyasiya, zəif valyuta (forint) və Aİ-də ən yüksək borc xidməti ödənişləri daxildir.
“Aİ-nin iki diplomatı dedi ki... bütün digər Aİ liderlərinin buna razılıq verəcəyinə əmin deyillər. Lakin onlar bu təklifin Orbanın Aİ-yə namizəd ölkə olan Ukraynaya kömək etməkdən imtina etməsinə dair qəzəbin dərinliyini vurğuladığını bildiriblər.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, Macarıstan bazar ertəsi, yanvarın 29-da Avropa İttifaqının Ukraynaya təklif etdiyi 50 milyard avroluq yardım paketini maliyyələşdirəcək kompromis əldə etməyə hazır olduğunu açıq şəkildə bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay