Aİ səfirləri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı razılığa gəldi
Bazar ertəsi, yanvarın 29-da Avropa İttifaqının səfirləri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadə edilməsi təklifini dəstəkləyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə Belçikanın Avropa İttifaqı Şurasına sədrliyinin X mikrobloqunda məlumat verilib. “Aİ səfirləri indicə Ukraynanın bərpasını dəstəkləmək üçün dondurulmuş aktivlərdən əldə edilən gözlənilməz mənfəətdən istifadə etmək təklifi ilə bağlı prinsipial razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
“Azadlıq” radiosunun jurnalisti Rikard Yozviyak X-də qeyd edib ki, söhbət ilk addımda razılıqdan gedir – dondurulmuş aktivlərdən əldə olunan gəlirlərin ayrıca hesaba köçürülməsi. Sonra onlar Ukrayna hesabına pulun faktiki köçürülməsi ilə bağlı razılığa gəlməlidirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay