Dünya
30.01.2024 / 10:15
Türkiyə və Rusiya pul köçürmələri problemini həll etməyə çalışır
41363
Türkiyə və Rusiya turistlər də daxil olmaqla pul köçürmələri probleminin alternativ həll yolları üzərində işləyirlər.
Valyuta.az xəbər verir ki, "RİA Novosti" bu barədə dövlət bank sektorundakı mənbəyə istinadən məlumat yayıb.
"Mövcud problemlər bir növ siqnal oldu, alternativ variantlar tapmaq üçün dövlət idarələrindən göstəriş var. Hazırda iş gedir", deyə agentliyin həmsöhbəti izah edib.
O əlavə edib ki, söhbət alternativ ödəniş sistemlərindən gedir, onların köməyi ilə mobil cihazlardan alış və köçürmələr etmək mümkün olacaq. Müzakirə olunan variantlar rusiyalı turistlərə də təsir edəcək.
2022-ci ilin sentyabrından Türkiyə bankları “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay