Aİ Rusiyadan yan keçəcək nəqliyyat dəhlizi üçün 1,5 milyard xərcləyəcək
Avropa İttifaqı Mərkəzi Asiyada Rusiyadan yan keçən dəhlizin tikintisinə 1,5 milyard avro sərmayə qoymağı təklif edir.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Avropa Komissiyasının sədr müavini, ticarət üzrə Avropa komissarı Valdis Dombrovskisə istinadən məlumat yayıb.
Dombrovskis qeyd edib ki, təklif olunan nəqliyyat dəhlizi 11 min kilometr yollardan ibarət olmalıdır və onun hərəkət müddəti 15 günü keçməyəcək.
"Biz konkret nəticələr əldə etmək niyyətindəyik. Buna görə də Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Mərkəzi Asiyanın nəqliyyat imkanlarına 1,5 milyard avro sərmayə qoymaq niyyətindədir. Müvafiq anlaşma memorandumları daha sonra imzalanacaq", deyə Dombrovskis ikigünlük Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay