AZPROMO Azərbaycan üçün ənənəvi olmayan sərgilərdə iştirak edəcək
2024-cü ildə AZPROMO-nun bir çox sərgilərdə iştirakı nəzərdə tutulub, 10-dan çox sərgi planlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib:
“Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, bizim üçün ənənəvi olmayan və yeni olan Yaponiya bazarında, artıq ənənəyə çevrilən Almaniyada keçirilən sərgilərdə iştirak edəcəyik. Yenilik olaraq Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək sərgidə iştirak edəcəyik”.
“Koreya İdxalçılar Assosiasiyasının (KOİMA) sədri 2024-cü ildə Azərbaycana gələcək və bu alıcı missiyasıdır. Bu alıcı missiyası “Made İn Azerbaijan” brendinin təşviqi mexanizlərimdən biridir” - Yusif Abdullayev vurğulayıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay