Rusiya bazarında kürünün 20%-inin tələblərə cavab vermədiyi məlum oldu
Rospotrebnadzorun araşdırmasının nəticələri göstərib ki, Rusiya bazarında kürünün 20%-i tələblərə cavab vermir.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti idarə yanında ictimai şuranın iclasının protokoluna istinadən yazır.
Sənəddə qeyd edildiyi kimi, Rusiya Maliyyə Nazirliyinin maliyyə tədqiqatları institutunun məlumatına görə, daxili bazarda qeyri-qanuni mənşəli kürülərin ümumi payı 20%, Milli Tədqiqat Universitetinin İqtisadiyyat Ali Məktəbinin məlumatına görə isə 27%-dən çoxdur.
Sənəddə deyilir: "Rospotrebnadzorun laboratoriya tədqiqatçılarının nəticələrinə görə, kürünün təxminən 20%-i zəruri tələblərə cavab vermir".
Orada bildirilir ki, saxta kürülərin böyük əksəriyyəti xarici mənşəlidir və yenidən qablaşdırıldıqdan sonra Rusiya məhsulu kimi satılır.
Protokolda həmçinin qeyd olunur ki, belə kürü istehsal etmək daha ucuzdur, lakin keyfiyyət baxımından: balıq yetişdirilməsi üçün əlverişsiz şərait, ikinci dərəcəli qida, hormonlar, antibiotiklər və GMO səbəbindən əhəmiyyətli dərəcədə aşağıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay