BMT eksperti Qırmızı dənizdəki vəziyyəti dünya ticarəti üçün dağıdıcı adlandırdı
Qırmızı dənizdəki eskalasiya daha əvvəl Ukraynadakı vəziyyət və Panama kanalının dayazlaşmasının təsirinə məruz qalmış qlobal ticarət üçün dağıdıcıdır.
Valyuta.az xəbər verir ki, bu fikri Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ticarət logistikası departamentinin rəhbəri Yan Hofman deyib.
“Qırmızı dənizdəki hücumlar qlobal ticarət və logistika üçün dağıdıcıdır. Ki, artıq Ukrayna böhranı və iqlim dəyişikliyi səbəbindən Panama kanalının dayazlaşması buna öz mənfi təsirini göstərib”, - deyən Hoffman izah edib ki, geosiyasi vəziyyətin pisləşməsi və iqlim dəyişikliyi qiymət artımı, inflyasiya, dünyada tədarükün gecikməsi və qlobal fasilələr kimi “çoxlu mənfi nəticələrə” gətirib çıxarır.
UNCTAD-ın məlumatına görə, Qırmızı dənizdəki eskalasiya nəticəsində qlobal ticarətin təxminən 14%-i və Süveyş kanalı ilə konteyner daşımalarının təxminən 20%-i risk altındadır. Panama kanalında suyun səviyyəsinin aşağı olması gəmilərin tranzitinin 2023-cü illə müqayisədə 36%, iki il əvvəllə müqayisədə isə demək olar ki, 62% azalmasına səbəb olub. Nəticədə, 2023-cü ilin dekabr ayının əvvəlindən bəzi marşrutlar üzrə orta yükdaşıma xərcləri iki dəfədən çox artıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay