“Apple” sürücüyə yardım funksiyalı elektromobil istehsal edəcək
“Apple” şirkıəti “Sony” və “Honda” ilə birlikdə hazırladığı elektrik avtomobilini 2026-cı ildə “Afeela” markası altında bazara çıxarmaq istəyir.
Bildirilib ki, “Apple” öz elektromobilində pilotsuz idarəetmə əvəzinə, sürücüyə yardım funksiyaları ilə kifayətlənmək istəyir. Strategiyadakı dəyişiklik direktorlar şurasının “Apple” rəhbəri Tim Kuk və layihə meneceri Kevin Linç ilə görüşündən sonra qərara alınıb.
Şirkət uzun illərdir sürücü texnologiyası, həmçinin, daxili və xarici dizayn üzərində işlər aparır. “Apple” artıq Avropadakı potensial tərəfdaşları ilə yeni yanaşmanı müzakirə edib.
Sürücüyə yardımı texnologiyası zolağı tanımaq, öndəki avtomobillə ara məsafəsi saxlamaq və ötmə manevrlərini həyata keçirmək kimi funksiyalara malik olacaq. “Apple” elektromobili bu xüsusiyyətinə görə, “Tesla” və digər istehsalçıların avtomobillərinə daha çox bənzəyəcək. Kompaniya sonradan elektrokarın imkanlarını təkmilləşdirməyi planlaşdırır.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay