"Tesla" 2025-in ortalarında yeni “Redwood” e-mobilini buraxacaq
Tesla 2025-ci ilin ortalarında Redwood işçi adı altında yeni elektrik avtomobil modelini buraxmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Avtomobil kütləvi istehlakçı üçün nəzərdə tutulmuş “kompakt krossover” kimi qurulub. Başlanğıc qiyməti təqribən 25 min dollar olacaq. Krossoverin aşağı qiyməti şirkətə 2023-cü ilin son rübündə satışlarda Tesla-nı qabaqlayan BYD kimi Çin rəqibləri ilə rəqabət aparmağa imkan verəcək, agentlik izah edir. Mənbələrə görə, Tesla həftədə təxminən 10 min yeni nəsil elektrik avtomobili istehsal etmək niyyətindədir.
2023-cü ilin noyabrında şirkət sahibi İlon Mask prototipin təqdimatından dörd il sonra Şimali Amerikada yeni Cybertruck elektrik pikapının satışına başladığını elan edib. ABŞ-da başlanğıc qiyməti 61 min dollardır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay