Dünya
22.01.2024 / 18:48
Aİ-nin Ukraynaya silah ötürən ölkələrə 7,16 milyard borcu var
40902
Avropa İttifaqının Ukraynaya silah ötürən ölkələrə 7,16 milyard avro borcu yığılıb.
Valyuta.az xəbər verir ki, bu barədə “El País” qəzeti Avropa Xarici Fəaliyyət Xidmətinin məlumatlarına istinadən yazır.
Qeyd edilir ki, iştirakçı ölkələrə vəsaitlərin qaytarılmasında gecikmələr yeni tədarüklərin qarşısını ala və həmçinin müdafiə sənayesi istehsalının tempinin aşağı düşməsinə səbəb ola bilər.
Ukraynaya yeni yardım fondunun yaradılmasına həsr olunmuş sənəddə Avropa İttifaqının çoxmilyardlıq borcu ilə bağlı məlumatlar üzə çıxıb.
Bundan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Kiyevə dəyəri 20 milyard avrodan çox olan hərbi yardımın yeni metodunu işləyib hazırladığı bildirilirdi.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay