Almaniyanın iri aviaşirkəti "Boeing" təyyarələrindən imtina edir
Almaniyanın turizm marşrutları üzrə ixtisaslaşmış ən böyük aviaşirkəti olan “Condor” 2025-ci ildə bütün “Boeing” təyyarələrini öz filotiliyasından çıxaracaq.
Valyuta.az-ın məlumatına görə, hazırda aviadaşıyıcı “Boeing” və “Airbus” təyyarələrindən istifadə edir. İnkişaf strategiyası “Condor”un aviaparkında yalnız Avropa istehsalı olan “Airbus” təyyarələrinin qalmasını nəzərdə tutur.
Alman aviaşirkəti əvvəlcə 2024-cü ildə genişgövdəli “Boeing 767” təyyarələri ilə uçuşları dayandıracaq. 2025-ci ildə isə o, digər dargövdəli “Boeing 757” təyyarələrini parkından çıxararaq, “Boeing”lərdən istifadədən tam imtina edəcək.
“Airfleets.net”in məlumatına əsasən, alman aviaşirkətinin aviaparkındakı üç ədəd “Boeing 767”-nin orta yaşı 29, “Boeing 757” hava gəmisində isə 24-dür.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay