Avto
19.01.2024 / 18:33
Çin 2023-cü ildə ilk dəfə olaraq ən böyük avtomobil ixracatçısı olacaq
40731
Çin 2023-cü ildə digər ölkələrə 4,91 milyon avtomobil göndərərək dünyanın ən böyük ixracatçısı olub.
Valyuta.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi departamentin ilin yekunlarına dair mətbuat konfransında deyib.
Avtomobil ixracı 4,91 milyon ədədə çatıb ki, bu da əvvəlki illə müqayisədə 57,9% çoxdur. Çin ilk dəfə olaraq dünyada birinci yeri tutub", - departament nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Çində avtomobil istehsalı və satışı müvafiq olaraq 11,6% və 12% artıb, hər iki rəqəm 30 milyon vahid markasını bir qədər keçib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay